İzmir sahillərində 32 qanunsuz miqrant saxlanılıb


  • 09:38

Türkiyənin İzmir vilayətinin Seferihisar rayonu sahillərində 32 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Seferihisar sahillərində patrul xidməti həyata keçirən Sahil Mühafizəsinin kateri dənizdə hərəkətdə olan rezin qayığı dayandırıb.

Yoxlama zamanı qayıqda olan 32 qanunsuz miqrant saxlanılıb.

Saxlanılan şəxslər barəsində müvafiq prosedurlar tamamlandıqdan sonra İzmir miqrasiya idarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər