Tramp İranla müharibədə 18 ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb


  • 10:13

ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İranla müharibəsi zamanı 18 amerikalı hərbçinin həlak olduğunu açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı məlumatda ABŞ-nin iştirak etdiyi müxtəlif müharibələr üzrə itkiləri müqayisə edərək, İranla hərbi qarşıdurma ilə bağlı "4 ay: 18 ölü" ifadəsini işlədib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 17-də İranın İordaniyadakı ABŞ hərbi bazasına endirdiyi zərbə nəticəsində iki amerikalı hərbçinin öldüyünü, bir hərbçinin isə itkin düşdüyünü bildirmişdi. Daha sonra Pentaqon həlak olan hərbçilərin şəxsiyyətinin müəyyən edildiyini və hadisə ilə bağlı araşdırmanın davam etdiyini açıqlamışdı.

Bundan əlavə, CENTCOM iyulun 18-də İraqda İrana məxsus pilotsuz uçuş aparatının partlamamış sursatının zərərsizləşdirilməsi zamanı daha bir ABŞ hərbçisinin həlak olduğunu bəyan etmişdi.

Beləliklə, Donald Trampın açıqladığı son məlumata əsasən, ABŞ və İsrailin fevral ayında İrana qarşı başladığı hərbi əməliyyatlardan bəri həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər