Küveytdə hava hücumundan müdafiə sistemləri aktivləşdirilib


  • 10:55

Küveyt Silahlı Qüvvələri İranın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlara qarşı ölkənin hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.

E-huquq.az xəbər verir ki, Küveyt ordusunun rəsmi sosial media hesabında yayılan bəyanatda bildirilib ki, hava hücumundan müdafiə qüvvələri hazırda İran PUA-larının hücumlarının qarşısını almaq üçün əməliyyatlar həyata keçirir.

Baş Qərargahın açıqlamasında əhalinin eşidə biləcəyi partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin düşmən hədəflərini zərərsizləşdirməsi ilə bağlı olduğu vurğulanıb.

Rəsmi qurumlar vətəndaşları təşvişə düşməməyə, təhlükəsizlik qaydalarına riayət etməyə və yalnız səlahiyyətli dövlət orqanlarının yaydığı məlumat və göstərişlərə əməl etməyə çağırıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər