- 12:11
Cənubi Amerika ölkəsi Qayanada sərnişin daşıyan bərənin aşması nəticəsində həlak olanların sayı 41 nəfərə yüksəlib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Qayana Baş naziri Mark Fillips indiyədək 77 nəfərin xilas edildiyini bildirib. Onun sözlərinə görə, itkin düşən şəxslərin axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.
Baş nazir həmçinin qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.
Mark Fillips qeyd edib ki, rəsmi sənədlərdə bərədə 133 sərnişinin olduğu göstərilsə də, aparılan araşdırma nəticəsində gəmidə 18 ekipaj üzvü də daxil olmaqla ümumilikdə 179 nəfərin olduğu müəyyən edilib. Bu uyğunsuzluğun qəzanın istintaqı çərçivəsində ayrıca araşdırıldığı bildirilib.
Qeyd edək ki, hadisə iyulun 19-da bərənin paytaxt Corctaun şəhərindən Port Kaituma istiqamətində hərəkəti zamanı baş verib.
Şəbnəm Mehdizadə