- 12:11
Hindistanın Racastan əyalətində yaşayış məntəqəsinə daxil olan bəbir iki nəfəri yaralayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Tonk bölgəsinin Todaraisingh qəsəbəsində baş verib. Məlumata görə, səhər saatlarında yaxınlıqdakı təpəlik ərazidən enən bəbir yaşayış zonasına daxil olub.
Heyvan əvvəlcə meşə könüllüsünə hücum edərək onu yaralayıb. Daha sonra yaxınlıqdakı mağazanın qarşısında 40 yaşlı şəxsə hücum edib.
Bəbir daha sonra spirtli içki satışı həyata keçirilən mağazaya daxil olaraq burada çalışan 25 yaşlı gəncə hücum edib. Hücum zamanı mağazadakı əşyalar dağılıb.
Çiynindən və bel nahiyəsindən yaralanmasına baxmayaraq, gənc oğlan heyvanla mübarizə apararaq mağazanın qapısını bağlayıb və bəbirin içəridə qalmasını təmin edib. Bununla da heyvanın ətrafa daha çox təhlükə yaratmasının qarşısı alınıb.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyətinin ağır olmadığı bildirilib.
Hadisə yerinə gələn meşə departamentinin əməkdaşları təxminən 5 saat davam edən əməliyyat nəticəsində bəbiri təhlükəsiz şəkildə nəzarətə götürüblər. Heyvan daha sonra təbiətə buraxılıb.
Şəbnəm Mehdizadə