- 12:11
Ərbil Beynəlxalq Hava Limanında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar səbəbindən uçuşlar müvəqqəti olaraq dayandırılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və İran arasında artan gərginlik Yaxın Şərqdə hava nəqliyyatına da təsir göstərib.
ABŞ-nin İrana qarşı hücumlarından sonra İraqda yerləşən Ərbil Beynəlxalq Hava Limanında eniş və uçuşlara fasilə verilib.
Ərbil Beynəlxalq Hava Limanının direktoru Əhməd Hoşyar bildirib ki, şəhəri və hava məkanını hədəf alan hücum dalğası səbəbindən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
O qeyd edib ki, təhlükəsizlik vəziyyəti sabitləşdikdən və normal rejim bərpa olunduqdan sonra hava limanında uçuşlar yenidən həyata keçiriləcək.
Hazırda bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
Şəbnəm Mehdizadə