- 11:54
Venesuelada hantavirusdan üç nəfər ölüb.
E-huquq.az xarici Kİv-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı açıqlamaya görə, Anzoategui əyalətində üç nəfərin ölüm səbəbinin hantavirus olduğu müəyyən edilib.
Ölən şəxslərin kimliyi və yaşları ilə bağlı məlumat açıqlanmayıb.
Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün geniş araşdırma başladıldığı bildirilib.
Səhiyyə Nazirliyi, həmçinin ölkənin qərbində yerləşən Barinas əyalətində çalışan iki tibb işçisinin naməlum səbəbdən vəfat etdiyini açıqlayıb.
Rəsmi qurumlar Barinasdakı ölümlərlə Anzoateguidə qeydə alınan hantavirus halları arasında hər hansı əlaqənin olmadığını və hadisələrin bir-birindən ayrı araşdırıldığını vurğulayıb.
Qeyd edək ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılan virus infeksiyasıdır. Virus, gəmiricilərin qurumuş ifrazatları, sidiyi və tüpürcəyi ilə çirklənmiş havanın nəfəsə alınması, bəzi hallarda isə dişləmə və ya cızma yolu ilə insana keçə bilər. İnfeksiya adətən qızdırma, halsızlıq və əzələ ağrıları kimi əlamətlərlə başlayır. Ağır hallarda tənəffüs çatışmazlığına, daxili qanaxmaya və böyrək çatışmazlığına səbəb ola bilər.
Şəbnəm Mehdizadə