Rusiya sutka ərzində Ukraynaya məxsus 808 PUA vurub


  • 16:19

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 808 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 9 idarə olunan aviabomba da məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 186 998 pilotsuz uçuş aparatı (PUA), 67 140 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 857 səhra artilleriya qurğusu və minaatan, 30 252 ədəd tank və digər zirehli döyüş texnikası, 1 765 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 667 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər