- 17:44
Avropa İttifaqı (Aİ) sanksiyaların 21-ci paketinə 215 Rusiya vətəndaşı və 94 hüquqi şəxsə, o cümlədən 90 banka qarşı məhdudlaşdırıcı tədbirlərin daxil edilməsini planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, sanksiyaların təsdiqlənməsi ciddi fikir ayrılıqları səbəbindən çətinləşib.
Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, 21-ci sanksiyalar paketinin təsdiqi üçün son tarix 15 iyuldur. Lakin bu məhdudlaşdırıcı tədbirlər paketi hələ də razılaşdırılmamış qalır.
Humay Eminqızı