- 17:14
Rusiyanın Tuva Respublikasında minik avtomobili benzin daşıyan yük maşını ilə toqquşub.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumat yayıb.
Toqquşma Serlik kəndinə dönən yolun yaxınlığında baş verib.
Yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobili alışıb və partlayıb.
İlkin məlumata əsasən, minik avtomobilində olan bütün şəxslər həlak olub.
Ölənlərin sayı və mümkün xəsarət alanlarla bağlı dəqiq məlumatlar müəyyənləşdirilir.
Humay Eminqızı