- 10:20
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda meşəlik ərazidə yanğın baş verib.
E-huquq.az xəbər verir ki, əraziyə yanğının söndürülməsinə 417 nəfərdən ibarət şəxsi heyət, 126 texnika və xüsusi təyinatlı iş maşını cəlb olunub.
Baş verən yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.
Təhlükəsizlik məqsədilə yaşayış məntəqəsində yerləşən bəzi evlərin sakinləri təxliyə edilib.
Havanın qaralmasından sonra yanğına havadan müdaxilə dayandırılıb, söndürmə işləri isə quru qüvvələri tərəfindən davam etdirilir.
Muğla valisi İdris Akbıyık, Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Aras və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerində vəziyyətlə tanış olublar.
Jurnalistlərə açıqlama verən vali İdris Akbıyık bildirib ki, yanğın əvvəlcə meşə fondundan kənar ərazidə başlayıb, daha sonra meşəlik sahəyə keçib.
Vali yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini, hüquq-mühafizə orqanlarının müvafiq tədbirlər gördüyünü bildirib.
İdris Akbıyık əlavə edib ki, Muğla bölgəsi meşə yanğınları ilə mübarizə sahəsində kifayət qədər təcrübəyə malikdir və dövlətin bütün imkanları səfərbər olunub.
Şəbnəm Mehdizadə