- 10:25
Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərində 14 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az xəbər verir ki, Türkiyə Sahil Mühafizə Komandanlığının yaydığı məlumata görə, dənizdə hərəkətdə olan rezin qayıqda qanunsuz miqrantların olduğu müəyyən edilib.
Məlumat əsasında hadisə yerinə Sahil Mühafizəsinin katerləri cəlb olunub. Əməliyyat zamanı rezin qayıq saxlanılıb və göyərtəsində olan 14 nəfər qanunsuz miqrant tutularaq sahilə çıxarılıb.
Saxlanılan şəxslər barəsində müvafiq prosedurlar tamamlandıqdan sonra İzmir miqrasiya idarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə