- 10:25
Türkiyənin Kayseri vilayətinin Kocasinan rayonunda polis avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, minik avtomobili polis xidməti avtomobili ilə toqquşub. Zərbənin təsirindən polis avtomobili yoldan çıxaraq aşıb.
Qəza nəticəsində polis avtomobilinin sürücüsü, avtomobildə olan bir gözətçi və digər nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım hadisə yerində göstərildikdən sonra onlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, xəsarət alanların hər üçünün vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Şəbnəm Mehdizadə