Meksikada jurnalist restoranda qətlə yetirilib


  • 09:29

Meksikanın Oaxaca ştatında jurnalist Fransisko Alexandro Leyva silahlı hücum nəticəsində həyatını itirib.

E-huquq.azxarici KİV-ə istinadən xəbər verir ki, hadisə Oaxaca ştatının San Pablo Etla qəsəbəsində yerləşən restoranlardan birində baş verib.

Bildirilir ki, Leyva səhər yeməyi yediyi vaxt naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Hücum nəticəsində jurnalist hadisə yerində ölüb, bir qadın isə yaralanıb.

Oaxaca ştatının qubernatoru Salomon Xara "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada qətli pisləyib. O bildirib ki, istintaqın söz azadlığına qarşı törədilən cinayətlərlə məşğul olan federal qurumlarla koordinasiyalı şəkildə aparılması üçün ştat prokurorluğuna göstəriş verilib.

"Sərhədsiz Reportyorlar" (RSF) təşkilatının məlumatına əsasən, Fransisko Alexandro Leyva 2026-cı ildə Meksikada qətlə yetirilən yeddinci jurnalist olub.

Qeyd edək ki, jurnalistin "Facebook" sosial şəbəkəsindəki xəbər səhifəsində etdiyi son paylaşımda yerli hakimiyyət nümayəndələrinin də iştirak etdiyi "Guelaguetza" Festivalının təşkilinə yönəlmiş tənqidlər yer alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər