- 10:25
Venesuelada iyunun 24-də baş vermiş iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 398 nəfərə yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes sosial şəbəkə hesabında məlumat yayıb.
Açıqlamada yaralananların sayının 16 740 nəfərə çatdığı qeyd olunub.
Onun sözlərinə görə, zəlzələ bölgələrində hazırda 60 mindən çox şəxs, o cümlədən 30 min könüllü xilasetmə və humanitar yardım işlərinə cəlb olunub. Təbii fəlakətdən zərərçəkənlərə ərzaq, humanitar yardım ləvazimatları və içməli suyun çatdırılması fasiləsiz davam etdirilir.
Yerli KİV-in məlumatına görə, iyunun 24-dən etibarən bölgədə ümumilikdə 1 463 afterşok qeydə alınıb.
İtkin düşən şəxslərin yaxınlarının müraciətlərinin qəbulu məqsədilə yaradılmış "Venesuela Zəlzələsi İtkinləri" (Desaparecidos Terremoto Venezuela) adlı vətəndaş təşəbbüsünün internet səhifəsində indiyədək 30 mindən çox şəxs barədə itkin müraciətinin qeydə alındığı bildirilib.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş vermişdi.
Şəbnəm Mehdizadə