- 10:25
İranın Xuzistan əyalətində ABŞ tərəfindən həyata keçirildiyi bildirilən raket hücumları nəticəsində ilkin məlumata görə, 2 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə İran dövlət televiziyas məlumat yayıb.
Məlumata görə, Xuzistan valiliyinin açıqlamasında İran-İraq sərhədində yerləşən Şələmçə sərhəd-keçid məntəqəsinin sərnişin terminalının raket hücumuna məruz qaldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, hücum nəticəsində ilkin hesablamalara görə, 2 nəfər həyatını itirib.
Valilikdən verilən məlumata görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Eyni zamanda, Şələmçə sərhəd-keçid məntəqəsinin fəaliyyətini davam etdirdiyi və keçidlərin açıq olduğu vurğulanıb.
Bununla yanaşı, Xuzistan əyalətinin Endimeşk şəhəri yaxınlığında yerləşən başqa bir ərazinin də ABŞ-a məxsus raketlərlə hədəfə alındığı bildirilib.
Şəbnəm Mehdizadə