Zaxarova: Fars körfəzində gərginlik güclənir


  • 09:51

Fars körfəzi bölgəsində eskalasiya getdikcə güclənir, Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçiliyin dayanması riskləri artır.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Təəssüflə qeyd edirik ki, Fars körfəzi bölgəsində gərginlik sürətlənməkdə davam edir. Tərəflər bir-birinə zərbələr endirməyi davam etdirir və bunun nəticəsində İranın və ərəb dövlətlərinin mülki infrastrukturuna genişmiqyaslı ziyan dəyir. Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçiliyin dayanması riskləri artıb. Yaranmış vəziyyət, ABŞ və İran tərəfindən 17 iyunda imzalanmış İslamabad Memorandumu əsasında danışıqlar prosesini bərpa etməyə yönəlmiş regional vasitəçilik səyləri üçün əlavə çətinliklər yaradır”, - Zaxarova deyib.

Humay Eminqızı

Oxşar xəbərlər