- 10:58
Fransada iyun ayında müşahidə olunan isti hava dalğası dövründə 5 700-dən çox əlavə ölüm qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fransa Milli Səhiyyə Agentliyi məlumat yayıb.
Məlumatıa görə, iyunun 17-dən iyulun 2-dək ölkədə 5 764 ölüm hadisəsi baş verib.
Qurum bildirib ki, bu, gözlənilən ölüm göstəricisi ilə müqayisədə 36 faiz artım deməkdir. Ölüm halları xüsusilə iyunun 25-27-si tarixlərində pik həddə çatıb.
Həyatını itirənlərin təxminən üçdə ikisini isə 75 yaş və ondan yuxarı şəxslər təşkil edib.
Şəbnəm Mehdizadə