Xəstəxananın reanimasiya şöbəsində yanğın: 2 nəfər tüstüdən zəhərləndi


  • 10:03

Türkiyənin Kocaeli vilayətinin Başiskele rayonunda yerləşən özəl xəstəxananın reanimasiya şöbəsində yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxananın koronar intensiv terapiya bölməsində oksigen bağlantısı zamanı yaranan qığılcım nəticəsində qısa müddətli yanğın baş verib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çox sayda yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarət altına alınaraq söndürülüb.

İki nəfərin tüstüdən zəhərləndiyi bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər