- 10:58
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və filippinli həmkarı Mariya Tereza Lazaro Manilada keçirilən danışıqlar zamanı ticarət-iqtisadi və yanacaq-energetika sahələrində əməkdaşlığı müzakirə ediblər.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İkitərəfli əməkdaşlığın perspektivli istiqamətləri, o cümlədən ticarət-iqtisadi və yanacaq-energetika sahələrində əməkdaşlıq müzakirə olunub. Həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Görüş zamanı, Rusiya-ASEAN dialoq tərəfdaşlığı çərçivəsində iki ölkə arasında konstruktiv qarşılıqlı fəaliyyət qeyd edilib.
Humay Eminqızı