- 11:28
ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında gəmilərin giriş-çıxışı üzərində tam nəzarət əldə etməsi barədə iddialarını təkzib edib.
E-huquq.az xəbər verir ki, bu barədə Komandanlıq "X" platformasındakı bəyanatında bildirib.
"İran Hörmüz boğazına nəzarət etmir. Beynəlxalq su yolu İslam İnqilabı Keşikçiləri Korpusunun təhdidlərindən asılı olmayaraq tranzit keçid üçün açıq olaraq qalır. ABŞ hərbi qüvvələrinin dəstəyi ilə ticarət gəmiləri boğazdan keçməyə davam edir", - məlumatda deyilir.
Bildirilib ki, may ayının əvvəlindən etibarən ABŞ qüvvələri 900-dən çox gəminin Hörmüz boğazından təhlükəsiz keçidinə dəstək göstərib.
Humay Eminqızı