- 11:52
İyulun 19-dan etibarən Pakistanın Hayber-Paxtunxva və Pəncab əyalətlərində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində həlak olanların sayı 37-yə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Məlumata görə, ildırım vurması, elektrik cərəyanı vurması və güclü yağışlarla əlaqəli digər hadisələr nəticəsində Hayber-Paxtunxvada 20, Pəncabda isə 17 nəfər həyatını itirib.
Gilgit-Baltistan və Pakistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində əkin sahələrindəki məhsullara və yerli sakinlərin evlərinə ziyan dəyib.
Humay Eminqızı