- 11:52
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 1 034 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutka ərzində virus səbəbindən 35 nəfər ölüb.
Hazırda 2 536 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.
Xəstəxanalarda və karantin məntəqələrində 738 nəfər müalicə alır. 506 nəfər virusdan sağalıb.
Humay Eminqızı