Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırıb


  • 11:52

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırıblar.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, yeni paketə Rusiya mayeləşdirilmiş təbii qazının dəniz yolu ilə daşınmasına qadağa daxil edilməyib.

Mənbədə qeyd edib ki, Rusiyadan Aİ-yə mayeləşdirilmiş təbii qaz daşımalarının əsas operatoru olan Yunanıstan bu yanacağın üçüncü ölkələrə tədarükünü davam etdirə biləcək.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər paketinin günün sonunadək Aİ Şurası tərəfindən yekun olaraq təsdiqlənməsi gözlənilir.

Humay Eminqızı

Oxşar xəbərlər