Rubio: "Ukraynadakı münaqişənin həlli yeni ideya və təkliflər tələb edəcək"


  • 12:37

Ukraynadakı münaqişənin nizamlanması yeni ideyalar və təkliflər tələb edəcək, çünki tərəflər əvvəlki təşəbbüslərlə razılaşmırlar.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra Manilada keçirilən ASEAN ölkələrinin xarici işlər nazirlərinin 59-cu konfransında bildirib.

"Biz yeni təkliflər və yeni ideyalar axtarmalı olacağıq", - Rubio deyib.

Onun sözlərinə görə, ABŞ uyğun şərait və formada bəzi belə təklifləri irəli sürməyə hazırdır.

"Biz sülh sazişi istəyirik. Biz müharibənin başa çatmasını istəyirik. Müharibənin sona çatdırılmasında mümkün olan istənilən müsbət rolu oynamağa hazırıq”, - dövlət katibi deyib.

Humay Eminqızı

Oxşar xəbərlər