- 12:37
"İran hələki ABŞ ilə razılaşma əldə etməyə hazır deyil"
E-huquq.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Problem ondadır ki, bu insanlar hər dəfə razılaşma əldə etdikdə ya ona əməl etmirlər, ya da həmin razılaşmanı dəyişmək istəyirlər. Ola bilsin ki, onlar hələlik razılaşma əldə etməyə hazır deyillər, amma ehtimal ki, tezliklə hazır olacaqlar, çünki ödədikləri qiymət çox yüksəkdir", - deyə Rubio bildirib.
Humay Eminqızı