ABŞ-də 5 bal gücündə zəlzələ oldu


  • 15:58

ABŞ-nin Texas ştatında 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentri Spearman şəhərindən təxminən 38 kilometr cənub-şərqdə yerləşib.

Məlumata əsasən, yeraltı təkanlar 5,7 kilometr dərinlikdə baş verib.

Hadisə nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər