- 17:14
Rusiyada hərbi təyyarə Moskvada qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisə təlim uçuşu zamanı baş verib.
Pilot katapult sistemindən istifadə edərək təyyarəni tərk edib və xilas olub. Onun həyatına təhlükənin olmadığı bildirilib.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, təyyarə yaşayış məntəqələrindən uzaq əraziyə düşdüyündən yerdə dağıntı qeydə alınmayıb.
Məlumata əsasən, hərbi təyyarə silah-sursatsız uçuş həyata keçirib. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.
Rusiya Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin modeli ilə bağlı məlumat açıqlamayıb.
Şəbnəm Mehdizadə