- 17:14
Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Akçadağ rayonu olub. Yeraltı təkanların ocağı 11,46 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ölən, xəsarət alan və ya dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.
Şəbnəm Mehdizadə