- 19:13
ABŞ Prezidenti Donald Tramp İrana qarşı əvvəlki hərbi əməliyyatlardan daha genişmiqyaslı zərbələrin endirilməsi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.
E-huquq.az xəbər verir ki, Tramp bu barədə "Axios" nəşrinə müsahibəsində danışıb.
ABŞ Prezidenti hələlik yekun qərar vermədiyini qeyd edib.
"Mən böyük bir hücum planlaşdırıram. Əvvəlkindən daha böyük. Qərar verməyə yaxınam. Hamımız buna hazırıq", - deyə Tramp bildirib.
Məlumata görə, söhbət İranda əsas döyüş əməliyyatlarının, o cümlədən "Epik qəzəb" əməliyyatı zamanı həyata keçirilən zərbələrdən daha genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalından gedir.