Gecə boyu Rusiyanın hava məkanında 571 PUA məhv edilib


  • 10:11

Gecə ərzində Rusiya hava hücumundan müdafiə quvvələri Rusiya regionları, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində 571 Ukrayna PUA-sını ələ keçirərək məhv edib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə növbətçi hava hücumundan müdafiə vasitələri Belqorod, Bryansk, Vladimir, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Pskov, Ryazan, Smolensk, Tver və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı və Krım Respublikası əraziləri, həmçinin Azov və Qara dənizlərin akvatoriyaları üzərində Ukraynaya məxsus 571 ədəd təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib”, - məlumatda deyilir.

Humay Eminqızı

Oxşar xəbərlər