- 11:33
Rusiyanın paytaxtı Moskvada təhlükəsizlik orqanının əməkdaşına qarşı terror aktı törətməyə cəhd edən qadın saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Terror hadisəsini törətməyə çalışan şəxsin 1996-cı il təvəllüdlü Rusiya vətəndaşı olduğu məlum olub.
Məlumata görə, qadın təhlükəsizlik orqanı əməkdaşlarından birinin avtomobilinin altına əl istehsalı partlayıcı qurğu yerləşdirməyə cəhd etdiyi anda saxlanılıb.
Müəyyən edilib ki, şübhəli şəxs “Telegram” və “WhatsApp” vasitəsilə Ukraynalı kuratorla əlaqə yaradıb və Avropa İttifaqı ölkələrindən birinə daimi yaşamaq üçün köçməsinə yardım göstərilməsi müqabilində terror fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirib.
Faktla bağlı cinayət işi açılıb.
Humay Eminqızı