- 11:23
ABŞ "Müsəlman qardaşları" hərəkatı və radikal Fələstin hərəkatı "HƏMAS" ilə əlaqəli bir sıra fiziki və hüquqi şəxsləri sanksiya siyahılarına daxil edib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
"ABŞ "HƏMAS"ı və "Müsəlman qardaşları"nı maliyyələşdirən bütün maliyyə infrastrukturunun ləğvinə çalışır", – deyə qurum bildirib.
Sanksiya siyahısına Böyük Britaniyada yaşayan "Müsəlman qardaşları"nın Misir bölməsinin rəhbərliyinin nümayəndələrindən birinə, həmçinin digər ölkələrdə yerləşən daha üç fiziki və üç hüquqi şəxs daxil edilib.
Humay Eminqızı