- 14:06
Əgər ölkələr ticarət sazişinə nail ola bilməsələr, Kanada ABŞ-nin yeni gömrük rüsumlarına cavab verməyə hazırdır.
E-huquq.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat yayıb.
“Əgər razılıq əldə olunmasa, biz bütün mümkün cavab tədbirlərini nəzərdən keçirməyə hazırıq. Bunlar danışıqların nəticəsindən asılı olacaq. Əvvəlcədən cavab verməyə ehtiyac yoxdur, düşünürəm ki, hazırkı mərhələdə bu, əks nəticə verə bilər", – deyə Karni bildirib.
Qeyd edək ki, iyulun 21-də ABŞ Prezidenti Donald Tramp Kanadanın Amerika mallarına qarşı atdığı addımlara cavab olaraq Kanada məhsullarına 50 faiz həcmində əlavə idxal rüsumları tətbiq edib. Rüsumlar enerji daşıyıcılarına, kaliuma, həmçinin dəniz məhsullarına və strateji əhəmiyyətli minerallara şamil edilməyəcək. Rüsumların avqustun 19-da qüvvəyə minməsi gözlənilir.
Humay Eminqızı