Rusiya həftə ərzində Ukraynaya məxsus 5 249 PUA vurub


  • 13:40

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri həftə ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 5 249 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 13 ədəd uzaqmənzilli “Flaminqo” qanadlı raket, 71 idarə olunan aviasiya bombası, ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəşi sistemlərindən buraxılmış 23 raket, 2 ədəd "Neptun" uzaq mənzilli idarə olunan raket məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 188 415 pilotsuz uçuş aparatı (PUA), 67 326 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 886 səhra artilleriya qurğusu və minaatan, 30 286 ədəd tank və digər zirehli döyüş texnikası, 1 765 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 667 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər