- 17:00
ABŞ administrasiyasının Ukraynada sülh yolu ilə nizamlanmaya töhfə vermək istəyi Rusiyanın maraqlarına tam uyğundur.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Kreml nümayəndəsi qeyd edib ki, Rusiya ABŞ-nin Ukraynanı silahla təmin etməyə davam etdiyini nəzərə alır. Bununla belə, o əlavə edib ki, Moskva ABŞ administrasiyasının Ukrayna ilə bağlı mövqeyinin ikili xarakterindən, xüsusilə də Rusiyanın maraqlarına uyğun gələn aspektlərdən istifadə etməlidir.
Humay Eminqızı