- 17:13
Avropa Komissiyası (AK) “TikTok”u illik dövriyyəsinin 6%-i həcmində cərimələməklə hədələyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Komissiya sosial şəbəkəni Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktını (Digital Services Act, DSA) pozmaqda, azyaşlı istifadəçilərin hesablarının qorunmasını təmin edə bilməməkdə ittiham edib.
AK yetkinlik yaşına çatmamış istifadəçilərin öz hesablarını "açıq" rejimə keçirə bilmələrini, bununla da istənilən şəxsin, hətta “TikTok” hesabı olmayanların belə həmin yeniyetmələrin hesablarını görməsinə imkan yaradılmasını qəbuledilməz hesab edir.
Xəbərdarlıq edilib ki, əgər “TikTok” bu sistemi Brüsselin tələblərinə uyğunlaşdırmasa, şirkət dövriyyəsinin 6%-dək həcmində cərimə ilə üzləşə bilər.
Humay Eminqızı