Astanada ilk dəfə aerotaksinin uçuşu həyata keçirilib


  • 17:13

Qazaxıstanın paytaxtı Astanada ilk dəfə “AutoFlight Prosperity” pilotsuz aerotaksisinin nümayiş uçuşu həyata keçirilib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, tədbirin təşkilatçıları Qazaxıstanın “Alatau Advance Air Group” və “Çinin AutoFlight” şirkətləri olub.

Uçuş 10 dəqiqə davam edib. Bu müddət ərzində aerotaksi iki dövrə vuraraq 2,4 km məsafə qət edib.

Təhlükəsizlik məqsədilə göyərtədə insan olmayıb.

Taksi əvvəlcədən müəyyən edilmiş uçuş trayektoriyası üzrə avtomatik rejimdə idarə olunub.

Bu model aerotaksi bir pilot və beş sərnişin üçün nəzərdə tutulub, 13 elektrik mühərriki vasitəsilə saatda 200 kilometrədək sürət yığa bilir və enerji doldurulmadan 200 kilometrədək məsafə qət etmək imkanına malikdir.

Qazaxıstanda aerotaksinin ilk uçuşu mayın 19-da Alatau şəhərində yerləşən Alatau City ərazisində baş tutub.

Humay Eminqızı

Oxşar xəbərlər