- 17:13
Tehran ABŞ-nin təzyiqlərinə boyun əymək niyyətində deyil və ölkənin Hörmüz boğazı, eləcə də Fars körfəzindəki maraqları da daxil olmaqla, öz qanuni hüquqlarını ardıcıl olaraq müdafiə edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasının kuluarlarında bildirib.
Onun sözlərinə görə, İranın Rusiya və Çinlə məsləhətləşmələri daimi xarakter daşıyır və həm paytaxtlar səviyyəsində, həm də qarşılıqlı səfərlər, telefon danışıqları və beynəlxalq görüşlər çərçivəsində keçirilir:
"Bu gün həm Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, həm də Çinin xarici işlər naziri Van İ ilə üz-üzə danışıqlar aparmaq üçün yaxşı imkan yarandı. Biz məsələlərin geniş spektrini ətraflı şəkildə müzakirə etdik".