Berlində kütləvi aksiya iştirakçılarına avtomobillə hücum: 1 nəfər ölüb, 14 nəfər xəsarət alıb


  • 11:05

Berlində keçirilən kütləvi aksiya zamanı baş verən insident nəticəsində 1 nəfər həlak olub, 14 nəfər xəsarət alıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.

E-huquq.az xəbər verir ki, Berlin polisinin məlumatına əsasən, hadisə “Christopher Street Day” yürüşünün keçirildiyi ərazidə qeydə alınıb. Naməlum sürücü idarə etdiyi mikroavtobusu yürüş iştirakçılarının üzərinə sürüb. Sürücü daha sonra avtomobili hadisə yerində tərk edərək qaçıb.

Şübhəli şəxslərin axtarışı ilə əlaqədar genişmiqyaslı əməliyyat tədbirləri keçirilir.

Oxşar xəbərlər