- 17:54
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumu ilə bağlı vəziyyəti müzakirə ediblər.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Sergey Lavrov Ukraynanın İran gəmisinə dron hücumu nəticəsində 1 dənizçinin həlak olması ilə bağlı başsağlığı verib.
Həmçinin qeyd olunub ki, Abbas Əraqçi hücuma məruz qalan gəminin heyətinə kömək göstərdiklərinə görə Həştərxanın rəhbərliyinə təşəkkür edib və bu cür əməllərin qarşısının alınmasının vacibliyini vurğulayıb.
İranın xarici işlər naziri, həmçinin rusiyalı həmkarını Yaxın Şərqdə gərginliyin azaldılması üçün atılan diplomatik addımlar barədə məlumatlandırıb.
Qeyd edək ki, rəsmi Tehran Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumunu pisləyib və ölkənin cavab tədbiri görmək hüququnu özündə saxladığını vurğulayıb.
***
21:12
İranın xarici işlər naziri Abbas Əraqçi iyulun 26-sı rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
E-huquq.az xəbər verir ki, Əraqçi bu barədə “Telegram” kanalında məlumat verib.
Bildirilib ki, tərəflər dünyada və regionda baş verən son hadisələri müzakirə ediblər.
Xatırladaq ki, iyulun 24-də Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Sergey Lavrovun Tehrana səfərinin planlaşdırma mərhələsində olduğunu açıqlayıb.