- 00:05
İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanın Xəzər dənizində İrana məxsus gəmiyə hücumunun cavabsız qalmayacağını bəyan edib.
E-huquq.az xəbər verir ki, nazir bu barədə sosial media hesabında paylaşım edib.
Əraqçi bildirib ki, məsələ ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışıqları aparıb.
Nazirin sözlərinə görə, sözügedən hücum və onun mümkün nəticələri telefon danışığı zamanı müzakirə olunub.