- 10:14
ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində yerləşən “Seattle Center” əyləncə və incəsənət mərkəzində atışma baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
"KOMO News" telekanalının məlumatına görə, atışma qastronomiya festivalı zamanı baş verib.
İlkin məlumatlara görə, atışma nəticəsində iki nəfər həlak olub, azı beş nəfər isə yaralanıb.
Hadisənin səbəbləri araşdırılır.
Humay Eminqızı