- 11:17
İsrail və ABŞ-nin fevralın 28-dən İrana qarşı başlatdığı hərbi əməliyyatlarda xəsarət alan amerikalı hərbçilərin ümumi sayı 624 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti Pentaqonun məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi iyulun 7-dən etibarən yaralanan və həlak olan hərbçilərlə bağlı statistik məlumatları ayrıca səhifədə dərc etməyə başlayıb. Həmin tarix atəşkəsin pozulmasından sonra gərginliyin yeni mərhələsinin başlanğıcı hesab olunur.
Yeni statistikaya əsasən, iyulun 7-dən bəri rəsmi olaraq 207 hərbçinin xəsarət aldığı bildirilib.
Humay Eminqızı