İki ay ərzində Elbrus dağında 11 alpinist həlak olub


  • 10:59

Son iki ay ərzində Elbrus dağına dırmaşan 11 alpinist həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Alpinizm Federasiyasının Klassik Alpinizm Komissiyasının sədri Aleksandr Yakovenko məlumat verib.

Yakovenkonun sözlərinə görə, 11 nəfərin həlak olmağı yüksək göstəricidir. O bildirib ki, xüsusilə də öz bacarıq səviyyələrini düzgün qiymətləndirə bilməyərək dağa çıxanların sayı artıb.

“Dağın özü daha əlçatan olub. Keçən il ora 20 000 nəfər baş çəkib və çoxlu sayda əcnəbi də gəlir”, - Komissiya sədri deyib.

Humay Eminqızı

Oxşar xəbərlər