KİV: Tramp İranla bağlı vəziyyətlə əlaqədar üç variantı nəzərdən keçirir


  • 11:17

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə vəziyyətin inkişafı ilə bağlı üç variantı nəzərdən keçirir.

E-huquq.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, variantlar sırasına hərbi eskalasiyanın artırılması, yeni sanksiyalar tətbiq etməklə İrana qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi, ABŞ-nin müharibədə qələbə elan edərək münaqişədən çıxması daxildir.

“Bu variantların hər biri son həftələrdə ABŞ vitse-prezidenti Cey Di Vens, ABŞ müdafiə naziri Pit Heqset, ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, xüsusi elçi Stiven Uitkoff və Cared Kuşnerlə keçirilən görüşlərdə müzakirə olunub”, – deyə qəzet qeyd edib.

Bildirilib ki, beş aydır davam edən münaqişə ərzində ABŞ üstün hərbi gücdən istifadə etməklə İran hökumətini dəyişdirmək də daxil olmaqla, qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.

Humay Eminqızı

Oxşar xəbərlər