- 12:57
İspaniyanın Kastiliya və Leon muxtar bölgəsində yerləşən Avila əyalətində davam edən meşə yanğını ölkə tarixində müşahidə olunan ən genişmiqyaslı yanğın hesab olunur.
E-huquq.az xəbər verir ki, bu barədə “La Sexta” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, yanğının əhatə etdiyi ərazi təxminən 50 min hektara çatır.
Bildirilib ki, Toledo əyalətində və Madrid muxtar icmasında da meşə yanğınları davam edir.
Üç yanğının ümumi əhatə etdiyi sahə isə 77 min hektara çatıb.
Təhlükəsizlik məqsədilə on minlərlə insan təxliyə edilib. Bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Humay Eminqızı