- 14:07
2026-cı ildə İspaniyada isti hava şəraiti səbəbindən 3,8 mindən çox insan həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Pedro Sançes Madriddə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, cari ildə meşə yanğınları ölkə ərazisinin təxminən 150 min hektarını məhv edib.
Sançes bildirib ki, iqlim böhranı daha çox həssas qruplara təsir edir. Bu qruplara yaşlılar, uşaqlar, yüksək temperatur şəraitində işləyənlər və xroniki xəstəliklərdən əziyyət çəkənlər daxildir .
İspaniyalı meteoroloqlar daha əvvəl bildirmişdilər ki, 2026-cı ilin ilk yarısı krallıqda son 65 ilin ən isti dövrü olub. Eyni zamanda, cari ilin iyun ayı qeydə alınan ən isti ikinci iyun ayı kimi tarixə düşüb.
Humay Eminqızı