Rusiya sutka ərzində Ukraynaya məxsus 498 PUA vurub


  • 14:07

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 498 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 5 idarə olunan aviabomba da məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 190 438 pilotsuz uçuş aparatı (PUA), 67 581 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 925 səhra artilleriya qurğusu və minaatan, 30 325 ədəd tank və digər zirehli döyüş texnikası, 1 766 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 667 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər