- 16:02
Hindistan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın ölkədəki səfiri Aleksandr Polişuku nazirliyə çağırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Hindistan XİN məlumat yayıb.
Səfirin nazirliyə çağırılmasına səbəb Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə "MV OMORFI" ticarət gəmisinə endirdiyi zərbə nəticəsində hindistanlı dənizçinin həlak olması olub.
Nazirlik ticarət gəmilərinə edilən hücumlarla bağlı narahatlığını ifadə edib.
Humay Eminqızı